AZƏRBAYCAN TELEVİZİYA BƏ RADİOSU

Azərbaycanin mystəqil elektron KİV-i 10 illik fəaliyyətinə baxmayarag hələ də formalaşmaqdadər.

Bu gün Bakıda 4 müstəqil telekanal fəaliyyətdədir. Onların içində ən təcrübəlisi ANS teleradio şirkətidir ki, fəaliyyətinə 90-cı illərin əvvəllərindən başlamışdır. Hal-hazırda ANS-in öz telekanalı və radio dalğası var.
ANS, yerli şöbələri ən çox olan telekanaldır. Onun Rusiya və ABŞ-da da müxbirləri var. ANS-in ən güclü tərəflərindən biri formalaşdırılmış güclü reportyor xidmətinin olmasıdır. Hələlik ancaq ANS ekstremal vəziyyətdə dolğun reportaj verə bilir. Məhz bu xüsusiyyət ANS-in reytinqinin əsasıdır. Lakin qeyd etmək lazımdır ki, hərdən ANS teleşirkətin maraqlarını üstün tutaraq tamaşaçıların obyektiv maraqlarını nəzərə almır. ANS yeganə telekanaldır ki, canlı yayımda Çempionlar Liqasının və UEFA-nın futbol oyunlarını translyasiya edir. ANS-in zəif tərəfi musiqili-əyləncəli proqramların az olması sayıla bilır. ANS-in birbaşa rəqibi Space telekanalıdır.
Fəaliyyət dövrü ANS-dəkindən iki dəfə az olsa da, Space-nin kollektivi yüksək dərəcədə professionallardan ibarətdir. Xəbərlərin geniş şaxəliliyi Spase-nin mübət cəhəti sayıla bilər. Space-də həmçinin professional hazırlanmış tok-şoular və digər əyləncəli verilişlər maraq kəsb edir. Musiqili proqlamlar isə ən professionaldır. Bir il əvvəl yaranmış Lider telekanalı öz səviyyəsinə görə ANS və Space telekanallarını haqlamağa başlayıb. Belə ki, gündəlik informasiya xəbərlərinə görə Lider-TV birincidir. Lider TV regionlara da translyasisaya başlayıb. Ən gənc televiziya kanalı isə ATV-dir. Əsasən kinofilm və konsertlər translyasiyasında tamaşaçı horməti qazanğb. Yenilik sayıla bilən onun bütün sutka boyu translyasiya olunmasıdır. Qeyd etmək lazımdır ki, 2001-ci ilin ortalarına kimi ABA telekanalı içləyirdi. Amma vergi problemləri ilə əlaqədar kanal fəaliyyətini dayandırdı. Azərbaycanda televiziya veriliçi hazırlayan “İnternyus”-u da qeyd etmək lazımdır. RADİO
“Amerika səsi” – eyniadlı radiostansiyanın Azərbaycan bürosu. Azərbaycan dilində Azərbaycan ərazisində və İranın şimal rayonlarında yayımlanır. “BBC” – Böyük Britaniyanın Bakı şöbəsi. Ayrı dalğalarda və ANC radiosunda yayımlanır.
“Azadlıq” - eyniadlı radiostansiyanın Azərbaycan bürosu. Azərbaycan dilində Azərbaycan ərazisində və İranın şimal rayonlarında yayımlanır. Azərbaycan iqtidarına qarşı reportajlar səsləndirir. Həmçinin, Azərbaycanda Space istisna olmaqla hər teleşirkət öz radio kanalına malikdir. Yaxın zamanlarda Space də radio kanal açır. Azərbaycan radioları tərkibcə bibr-birinə çox yaxındır. Qısa informasiya xəbərləri və musiqi verirlər.